“Yeraltı” serialının aktyor heyətinə yeni isim daxil olub.
Aktyor Hakan Dinçkol ekran işində rol alacaq. Onun serialda hansı obrazı canlandıracağı barədə isə hələlik məlumat verilməyib.
Qeyd edək ki, “Yeraltı”nın baş rollarında Devrim Özkan, Uraz Kayqılaroğlu və Deniz Can Aktaş yer alır.
Hakan Dinçkol sonuncu dəfə “Şahane Hayatım” serialında kamera qarşısına keçib.

Demokrat.az


