İran Prezidenti Məsud Pezeşkianın BRİKS Zirvəsində çıxışı zamanı maraqlı an yaşanıb.
Demokrat.az xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval çıxışın gedişində qoz-fındıq yeməsi ilə diqqət çəkib.
Daha sonra onun qarşısındakı qoz-fındıq qutusu götürülsə də, Caysval əlində qalan qozları yeməyə davam edib.
Həmin anlar kameralara düşüb və maraq doğurub.


