Kriminal Özəl

Bakıda döyülən qadın hakim qarşısında oğlu ilə barışdı

Bakıda döyülən qadın hakim qarşısında oğlu ilə barışdı

Bakının Xəzər rayonunda 36 yaşlı kişi anasına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evdə baş verib.

1990-cı il təvəllüdlü Kamal anası Mədinə (adlar şərtidir – red.) ilə mübahisə edib. Ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı oğlu anasına şillə və yumruqla sifət və boyun nahiyələrindən, eləcə də təpiklə bədən nahiyəsindən bir neçə dəfə vuraraq ona bədən xəsarəti yetirib.

Faktla bağlı Kamalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını deyib.

Zərərçəkmiş şəxs də ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını təsdiqləyib. O, ərinə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli

D
demokrat.az