Kriminal Özəl

Bakıda kişi ona yemək verməyən arvadını döydü

Bakıda kişi ona yemək verməyən arvadını döydü

Tərtər rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1981-ci il təvəllüdlü Arzuman kənddə yerləşən evində arvadı Lətifə (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, 45 yaşlı kişi arvadından yemək istəyən zaman aralarında baş verən mübahisə zamanı ona yumruqla vurub, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Arzumanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Arzuman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, məlum hadisə günü, gecə saat 00:15 radələrində evlərində olarkən arvadı Lətifədən yemək istəyib:

“Lətifə yeməyin soyuducuda olduğunu və isidərək verəcəyini dedikdə əsəbləşdim. Bunun üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı onun çiynindən vuraraq itələdim. Zərbə nəticəsində müvazinətini itirərək yıxıldı və burnu otaqdakı paltar dolabına dəyərək xəsarət aldı”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əmələ görə peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri ödədiyini deyib.

Tərtər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması ilə əlaqədar təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az