Bəzi bürclərin nümayəndələri son həftələrdə ard-arda yaşanan problemlər və məyusluqlarla üzləşiblər. Lakin astroloji proqnozlara görə, bu çətin mərhələ artıq sona yaxınlaşır və qarşıda mühüm dəyişikliklər ola bilər.
Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" yazıb.
Astroloqların fikrincə, bu dövrdə həmin insanlar ətraflarındakı şəxslərin əsl münasibətini daha aydın görməyə başlayacaqlar. Kimlərin onlardan istifadə etdiyi, kimlərə həddindən artıq güzəştə getdikləri və hansı hissləri uzun müddət gizlətdikləri üzə çıxa bilər. Bu həqiqətlər ilk baxışda xoşagəlməz görünsə də, sonradan vəziyyətin dəyişməsi üçün başlanğıc nöqtəsinə çevrilə bilər.
Dolça
Dolçalar yaxın zamanda ətraflarındakı insanlara münasibətlərinə yenidən baxa bilərlər. Özünü dost kimi göstərən hər kəsin həqiqətən onlara hörmət etmədiyini anlamaq mümkündür.
Uzun müddət susduqları məsələləri açıq şəkildə dilə gətirmək Dolçaların həyatında dönüş yarada bilər. Onların güzəştə getməsinə öyrəşmiş şəxslər əvvəlki münasibətin artıq mümkün olmadığını başa düşəcəklər. Nəticədə Dolçalar öz sərhədlərini müəyyənləşdirərək istəmədikləri vəziyyətlərə “yox” deməyə başlayacaqlar.
Şir
Şirlər bəzi münasibətlərdə uzun müddət qarşı tərəfin niyyətindən şübhələnə bilərlər. Onlara nəyinsə gizlədildiyi və ya hadisələrin qəsdən qarışdırıldığı təsiri yarana bilər.
Lakin yaxın zamanda bu qeyri-müəyyənliyin aradan qalxacağı və qarşı tərəfin əsl niyyətini açıq şəkildə ortaya qoyacağı gözlənilir. Alınacaq məlumatlar Şirlərin həmin münasibətlərə baxışını tamamilə dəyişə bilər. Nəticədə onlar kiminlə münasibəti davam etdirməyə dəyər olduğunu daha dəqiq müəyyənləşdirəcəklər.
Buğa
Buğalar üçün son dövr asan keçməsə də, göstərdikləri səylərin nəticəsini almaq vaxtı yaxınlaşır. İş həyatında onların peşəkarlığına uzun müddətdir diqqət yetirildiyi ortaya çıxa bilər və bunun ardınca yeni imkan yarana bilər.
Bununla belə, Buğalar təklif olunan şərtləri diqqətlə qiymətləndirməlidirlər. Onlar uzun müddət əməyinin real qarşılığını almaq əvəzinə yalnız tərif və xoş sözlərlə kifayətlənmiş ola bilərlər. Bu vəziyyət peşəkar dəyərlərini yenidən nəzərdən keçirmələrinə səbəb olacaq. Qarşılarına çıxan imkan ya daha yaxşı şərtlərlə nəticələnəcək, ya da onların gözləntilərinə uyğun gəlmədiyi üçün rədd ediləcək.
Əqrəb
Əqrəblər son vaxtlar başqalarının problemlərini həll etməyə həddindən artıq enerji sərf etmiş ola bilərlər. İndi isə diqqəti öz ehtiyaclarına yönəltməyin vaxtı çatır.
Onlar gündəlik həyatlarını yenidən quraraq özlərinə daha çox zaman ayırmağa çalışacaqlar. Ailə münasibətlərində də əvvəldən formalaşmış bəzi qaydalar dəyişə bilər. Əqrəblər başqalarının davranışına bəraət qazandırmaq əvəzinə, onlardan hörmət tələb etməyə başlayacaqlar.
Bu dəyişikliklər iş həyatında daha sərt sərhədlərin müəyyənləşdirilməsi, şəxsi münasibətlərdə isə qarşılıqlı hörmət tələbinin artması ilə özünü göstərə bilər. Uzun müddətdir gözlənilən köçlə bağlı məsələlərdə də aydınlıq yaranması mümkündür.
Jalə Demokrat.az


