Şou-biznes Özəl

Əsa ilə görüntülənən Cem Yılmazın kolleksiyası — FOTO

Əsa ilə görüntülənən Cem Yılmazın kolleksiyası — FOTO

Məşhur türkiyəli komediyaçı Cem Yılmaz keçirdiyi infarktdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

İnfarkt keçirdikdən sonra uğurlu angioqrafiya əməliyyatı olunan və bir müddət müalicə alan Yılmaz həftələr sonra qatıldığı xüsusi tədbirdə görüntülənib. Komediyaçının tədbir zamanı əsa ilə yeriməsi diqqət çəkib.

Cem Yılmazın əsa ilə görüntüləri qısa müddətdə mediada gündəmə gəlib. Xəbərlərin yayılmasından sonra komediyaçı yaranan marağa özünəməxsus yumor üslubu ilə cavab verib.

Yılmaz evindəki müxtəlif əsalardan ibarət kolleksiyasını lentə alaraq sosial media hesabında paylaşıb. O, videoya“Əsa ilə yeriyir! Allah Allah! Əsa deyəndə?”qeydini əlavə edib.

Komediyaçının paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb. Yılmazın bu addımı onun səhhəti ilə bağlı yayılan xəbərlərə yumorla münasibət bildirməsi kimi qiymətləndirilib.

Əsa ilə görüntülənən Cem Yılmazın kolleksiyası — FOTO

Leyla Demokrat.az

D
demokrat.az