Şou-biznes

"Artıq başqa Sevdayam, anayam"

Artıq başqa Sevdayam, anayam

Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinəhazırlaşır.

Demokrat.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib.

“Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq. Tamaşaçılarla səmimi ünsiyyət, gözəl xatirələr, söhbət və ifaların bir araya gəlməsidir. Bu gün mən böyümüş Sevdayam, anayam. Hisslərim, həyata baxışım başqadır. Ona görə də bu konsert mənim üçün başqadır. Bu duyğunu, sevgini sizinlə yaşamaq istəyirəm. İstəyirəm,konsertə gələnlər gecədən zövq alsınlar” deyə, Sevda əlavə edib.

Demokrat.az

D
demokrat.az