Şou-biznes Özəl

"Kızılcık Şerbeti"nin yeni Çimeni o oldu

Kızılcık Şerbetinin yeni Çimeni o oldu

Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialı yeni mövsümdə ekranlara yeni simalarla qayıtmağa hazırlaşır.

Sentyabrın 18-də yeni mövsümünə start verəcək serialın aktyor heyətinə gənc aktrisa Asena Keskinci də daxil olub. O, ekran işində Kıvılcımın qızı Çimen obrazını canlandıracaq.

Keskinci-nin serial üçün hazırladığı yeni imici və çəkiliş meydançasından yayılan ilk görüntülər artıq izləyicilərin diqqətini çəkib. Aktrisanın Çimen obrazındakı görünüşü sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.

Baş rollarını Barış Kılıç, Evrim Alasya, Ahmet Mümtaz Taylan, Seray Kaya, Erkan Avcı, Özge Borak və Emre Dinler kimi aktyorların paylaşdığı serial yeni mövsümdə də hadisələrlə zəngin süjet xətti ilə tamaşaçı qarşısına çıxacaq.

Melis Civelek və Zeynep Gürün ssenarisini yazdığı “Kızılcık Şerbeti”nin yeni mövsümünün rejissoru isə Özgür Sevimli-dir.

Demokrat.az

D
demokrat.az