Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və İranın ölkəmizdəki səfiri Kəlbəcərə səfər ediblər. Onlar yenidən qurulan "İstisu" mineral su zavodunda olublar.
Diplomatlar zavodun istehsal prosesi ilə yaxından tanış olublar. Səfər zamanı iki ölkə liderlərinin məşhur ənənəsi diqqət mərkəzində saxlanılıb. Hikmət Hacıyev və İran səfiri zavodda təbii "İstisu"dan içərək bu ənənəni davam etdiriblər.
Beləliklə, Kəlbəcərin məşhur brendi olan "İstisu" artıq regional diplomatik təmasların da vacib hissəsinə çevrilir.
Demokrat.az


