Türkiyənin "Fənərbağça" futbol klubu baş məşqçi İsmail Kartalın klubdan gedəcəyi ilə bağlı yayılan iddialarla bağlı bəyanat yayıb.
Klub rəhbərliyi təcrübəli mütəxəssisin komandanın başında qaldığını bəyan edib:
"Baş məşqçimiz İsmail Kartal vəzifəsinin başındadır. Komandamız sabah saat İ.Kartalın rəhbərliyi altında keçiriləcək məşqlə "Gaziantep"lə matçın hazırlıqlarını davam etdirəcək", - klubun sosial şəbəkələrdəki açıqlamasında deyilir.
Xatırladaq ki, ötən gün UEFA Çempionlar Liqasında "Roma" ilə matçdan sonraİ.Kartal istefa verdiyini açıqlamışdı. Klubun prezidentiAziz Yıldırım isə baş məşqçinin işinə davam edəcəyinibildirmişdi.
Demokrat.az


