Türkiyənin tanınmış şoumeni və aktyoru Mehmet Ali Erbil qəfil səhhət problemi yaşayıb.
Demokrat.az xəbər verir ki, 69 yaşlı sənətçinin evində infarkt keçirdiyi və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Müayinələr zamanı ürəyə gedən damarlardan birinin tutulduğu müəyyən edilib. Erbilə təcili əməliyyatla stent qoyulub.
Müalicədən sonra sənətçi xəstəxanadan evə buraxılıb. Onun vəziyyətinin yaxşı olduğu və bir müddət evdə dincələcəyi bildirilib.
Qeyd edək ki, Mehmet Ali Erbil daha əvvəl də ciddi ürək problemi yaşayıb. O, həmçinin qaçış sindromundan əziyyət çəkir.
Jalə Demokrat.az


