Hadisə

Azərbaycanın Rusiyadakı keçmiş səfiri jurnalisti təhqir etdi - FOTOLAR

Azərbaycanın Rusiyadakı keçmiş səfiri jurnalisti təhqir etdi - FOTOLAR

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə jurnalist Aytac Tapdığı təhqir edib.

Demokrat.az-ın xəbərinə görə, bu barədə jurnalist İzolda Ağayeva məlumat yayıb.

"Hikmət Hacızadə, deyəsən, yaşlandıqca tamam ağlınızı itirirsiniz! Siz özünüzü kim hesab edirsiniz ki, Aytaca “Sənə bir ərəb 100 dollar göstərsəydi, getməzdin?” sualını verirsiz? Siz ölməli vaxtınızda gedib, bağ-baxçanızı sulamaq yerinə nəyə görə belə bir abırsızlıqla məşğul olmağı özünüzə borc bilirsiz? Siz kimsiz ki? Siz guya “Demokratiya gediləsi uzun bir yol “ çizib, yol gedirsiz? Sevmişlər sizin demokratiyanızı. Çox yaxşı bilirik getdiyiniz hansı yoldur! Sizin, ümumiyyətlə, biz gənclərə nəsə deməyə sadəcə abrınız olmamalıdır! Bu gün biz gənclərin bu qədər iyrənc ölkədə yaşamasının səbəbi sizin kimi ikiüzlülərdir!

Sizin kimi arxasıyca min cür şəbədə qoşduğu adamı hakimiyyətə gətirib, prezident edib, sonra arxada onu ələ salan qocalardır! Sonra da o seçdiyiniz prezidentlə birgə ölkəni bu rejimin əlinə elə məhz sizin təmsil etdiyiniz hakimiyyət verdi! (nəyin qarşılığında bilmirik) Bu ölkəyə ən böyük ziyanı vuran siz və sizin kimi qocalardır! Məhz sizinkimilərin siyasi oyunlarının qurbanı biz gənclər olmuşuq! Siz indi saxta seçki dərdi çəkən olmusuz ki, Aytacın seçkiylə bağlı yazdığı adi bir statusa belə iyrənc şərh yazırsız? Kimsiz ki, siz? Sizə bu şərhi yazmaq cəsarətini kim verib? Sizə ölkənin demokratı deyib, təpəmizə çıxaranlar? Kül o ölkənin başına ki, onun demokratı sizsiniz! Şəxsən mən tüpürürəm sizin kimi “demokrat”lara!" - İ.Ağayevə qeyd edib.

H.Hacızadənin bu addımı sosial şəbəkələrdə tənqid edilib, ondan üzr istəməsi tələb olunub.

Demokrat.az

Azərbaycanın Rusiyadakı keçmiş səfiri jurnalisti təhqir etdi - FOTOLAR

Azərbaycanın Rusiyadakı keçmiş səfiri jurnalisti təhqir etdi - FOTOLAR

Azərbaycanın Rusiyadakı keçmiş səfiri jurnalisti təhqir etdi - FOTOLAR

D
demokrat.az