Türkiyəli məşhur aktrisa Dəniz Çakır şəxsi həyatı və maraqları ilə bağlı səmimi açıqlamalar verib.
Demokrat.az xəbər verir ki, aktrisa həmkarı Melis İşitenin “YouTube” proqramında qonaq olub.
Dəniz Çakır kriminal hadisələrə xüsusi maraq göstərdiyini deyib. O, başqa peşə seçmək imkanı olsaydı, məhkəmə-tibbi eksperti olmaq istədiyini bildirib:
“Kriminal mövzuları çox sevirəm. Cinayətlərin necə açılması məni çox maraqlandırır. Yenidən peşə seçmək şansım olsaydı, məhkəmə-tibbi eksperti olardım”.
Aktrisa həyat yoldaşı Bilgehan Baykal ilə tanışlığından da danışıb. Onları sənətçi Zuhal Olcayın tanış etdiyini deyən Çakır əvvəlcə bu təklifə isti yanaşmadığını bildirib. Lakin sonradan Baykalla görüşüb və münasibətləri başlayıb.
Dəniz Çakır 2023-cü ildə Bilgehan Baykalla ailə qurub.
Aktrisa sevimli pişiyi Şatini itirməsinin onun üçün ağır olduğunu da söyləyib. O, bu hadisədən sonra özünü çox tənha hiss etdiyini etiraf edib.
Çakır həmçinin həyatı boyu siqaret çəkmədiyini bildirib.
Jalə Demokrat.az


