Şou-biznes Özəl

Dünyaca məşhur aktyor İstanbula niyə gəlib? — FOTOLAR

Dünyaca məşhur aktyor İstanbula niyə gəlib? — FOTOLAR

"Prison Break" serialında Fernando Sukre obrazı ilə yaddaşlarda qalan Amauri Nolasko İstanbula gəlib.

Demokrat.az xəbər verir ki, dünyaca məşhur serialdakı performansı ilə tanınan aktyor İstanbulda keçirilən tədbirlərdən birinə qatılıb.

Dəvət əsasında Türkiyəyə gələn Puerto-Rikolu aktyor tədbirdə səmimi davranışları ilə diqqət çəkib. Tədbirdən çıxarkən türk mətbuatının suallarını cavablandıran Nolasko "Bu gözəl şəhərə ilk dəfə gəlirəm və ümid edirəm ki, sonuncu olmayacaq", deyib.

"Prison Break" serialında Fernando Sukre obrazını canlandıran Amauri Nolasko İstanbulda iştirak etdiyi tədbirdə Türkiyənin tanınmış aktyorları Serenay Sarıkaya və Kaan Urgancıoğlu ilə bir araya gəlib.

Gecənin diqqətçəkən məqamlarından biri Serenay Sarıkayanın tədbirdən çıxarkən kameralara görüntülənməsi olub. Bundan qısa müddət sonra Sarıkaya ilə Puerto-Rikolu aktyorun "Instagram"da qarşılıqlı izləməyə başladığı məlum olub.

Amauri Nolaskjo "Prison Break" serialında Maykl Skofildin kamera yoldaşı olan Fernando Sukre obrazını canlandırıb. Soyğunçuluq ittihamı ilə həbsdə olan Sukre serialın əsas və yadda qalan personajlarından biri olub.

Nolasko serialın bütün mövsümlərində yer alaraq məhz bu obrazla dünya üzrə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Dünyaca məşhur aktyor İstanbula niyə gəlib? — FOTOLAR

Dünyaca məşhur aktyor İstanbula niyə gəlib? — FOTOLAR

Jalə Demokrat.az

D
demokrat.az