Dünya

Rostovda dron hücumu: Qatarın lokomotivi zədələndi, yaralılar var

Rostovda dron hücumu: Qatarın lokomotivi zədələndi, yaralılar var

Rusiyanın Rostov-na-Donu şəhərində Ukrayna Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən dronların hücumu nəticəsində 3 nəfər yaralanıb.

Demokrat.azxəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində Rostov vilayətində qatarın lokomotivi də zədələnib. Hadisə səbəbindən 7 sərnişin qatarının hərəkətində gecikmə yaranıb.

Hadisənin digər detalları barədə məlumat verilmir.

Demokrat.az

D
demokrat.az