Hadisə

Toydan qayıdan kişini maşın vuraraq öldürdü

Toydan qayıdan kişini maşın vuraraq öldürdü

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Biləsuvar şəhərində, Heydər Əliyev prospektində qeydə alınıb.

Hadisə zamanı 1981-ci il təvəllüdlü Elçin Cabbarov yolu keçərkən avtomobil tərəfindən vurulub. Ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.

Məlumata görə, Elçin Cabbarov yaxınlıqdakı şadlıq evində keçirilən toy mərasimindən qayıdarkən qəzanın qurbanı olub.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

Demokrat.az

D
demokrat.az