Şou-biznes Özəl

“Taşacak Bu Deniz”in aktyoru evləndi — Toydan ilk FOTOLAR

“Taşacak Bu Deniz”in aktyoru evləndi — Toydan ilk FOTOLAR

“Taşacak Bu Deniz” serialında Oruç Furtuna obrazını canlandıran aktyor Burak Yörük şəxsi həyatı ilə bağlı sevincli xəbəri ilə gündəmə gəlib. Aktyor uzun müddətdir münasibətdə olduğu müğənni Tuana Yılmazla nikah masasına əyləşib.

Cütlük bir müddət əvvəl evlənmək qərarı verdiklərini açıqlamışdı. Lakin nikahın keçiriləcəyi tarixlə bağlı geniş məlumat verməyən Yörük və Yılmaz sosial media hesablarından etdikləri paylaşım ilə izləyicilərini təəccübləndiriblər.

Burak Yörük və Tuana Yılmaz nikah mərasimindən ilk görüntüləri Instagram-da paylaşaraq evləndiklərini elan ediblər. Onların bu özəl günündə yaxın dostları da iştirak edib.

Sadə gəlinlik seçimi ilə diqqət çəkən Tuana Yılmazın və Burak Yörükün nikah fotoları qısa müddətdə sosial şəbəkələrdə geniş maraq doğurub. Cütlüyün paylaşımına çoxsaylı bəyənmə və xoş arzular yazılıb.

Qeyd edək ki, Burak Yörük son dövrlərdə “Taşacak Bu Deniz” serialındakı Oruç Furtuna obrazı ilə tamaşaçıların diqqətini çəkib.

“Taşacak Bu Deniz”in aktyoru evləndi — Toydan ilk FOTOLAR
“Taşacak Bu Deniz”in aktyoru evləndi — Toydan ilk FOTOLAR

“Taşacak Bu Deniz”in aktyoru evləndi — Toydan ilk FOTOLAR

Demokrat.az

D
demokrat.az