Dünya Özəl

Türkiyədə batan gəmi 850 metr dərinlikdə tapıldı

Türkiyədə batan gəmi 850 metr dərinlikdə tapıldı

Sentyabrın 2-də Mərmərə dənizinin Silivri sahilləri yaxınlığında iki kommersiya gəmisinin toqquşması nəticəsində batan “Tuğberk İmamoğlu” adlı gəminin yeri müəyyənləşdirilib.

Demokrat.az xəbər verir ki, gəminin 850 metr dərinlikdə olduğu bildirilib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin (MSB) açıqlamasında qeyd olunub:

“Mərmərə dənizinin Silivri sahilləri yaxınlığında 2 sentyabr 2026-cı ildə iki kommersiya gəmisinin toqquşması nəticəsində batan “Tuğberk İmamoğlu” adlı gəminin və heyət üzvlərinin axtarış-xilasetmə işləri davam edir. İlk gündən etibarən qəza bölgəsində fəaliyyət göstərən Hərbi Dəniz Qüvvələrimizin “TCG Akın” xilasetmə və yedəkləmə gəmisi batan gəminin yerini müəyyənləşdirib. Hərbi Dəniz Qüvvələrimizin bölmələri işlərini əlaqələndirilmiş şəkildə davam etdirir”.

Jalə Demokrat.az

D
demokrat.az