Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında Tombalacı Mehmetin malikanəsi kimi tanınan İstanbulda yerləşən lüks villa satışa çıxarılıb.
Türkiyə mətbuatının məlumatına görə, serialın pərəstişkarlarının yaxşı tanıdığı malikanə üçün 384 milyon türk lirəsi tələb olunur.
Sözügedən villa yalnız “Kurtlar Vadisi” ilə deyil, başqa məşhur serialla da yadda qalıb. Eyni məkan “Poyraz Karayel” serialında Bahri Baba obrazının evi kimi tamaşaçılara təqdim edilib.

Beləliklə, müxtəlif illərdə iki məşhur televiziya layihəsində fərqli obrazların yaşadığı məkan kimi istifadə olunan villa indi yeni sahibini gözləyir.
Qeyd edək ki,384 milyon türk lirəsi günün məzənnəsinə uyğun olaraq 13 516 800 manatdır. Demokrat.az


