Müğənni Nahidə Babaşlı şəxsi həyatı ilə bağlı diqqətçəkən paylaşım edib. Sənətçi sosial media hesabında toy tarixini izləyiciləri ilə bölüşüb.
İfaçı Halim Baydudla ailə həyatı qurmağa hazırlaşır. O, məclisin 07.07.2027 tarixində baş tutacağını bəyan edib.

Qeyd edək ki, iyul ayında nişanlanan müğənni bundan üç il əvvəl Serkan Küçükceylanla yollarını ayırmışdı. Nahidə Babaşlı zamanında "Ay yüzlüm" ifası ilə həm Azərbaycanda, həm də Türkiyədə böyük populyarlıq qazanıb. 



