İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranla bağlı əsas məqsədinin ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq olduğunu açıqlayıb.
Bu barədə Netanyahunun sözləri İsrail Baş nazirinin ofisi tərəfindən yayımlanıb.
Netanyahu İran hakimiyyətinin aradan qaldırılmasını İsrailin qarşısında duran əsas vəzifə kimi təqdim edib. Onun sözlərinə görə, bu məqsədə çatmaq əvvəlkindən daha real görünür. İsrail hökumətinin başçısı İranın hazırda ciddi şəkildə zəiflədiyini və mövcudluğunu qorumaq üçün mübarizə apardığını iddia edib.
Netanyahu İsrailin rəqiblərinə də xəbərdarlıq edərək ölkəsinin hərbi imkanlarının, siyasi iradəsinin və daxili birliyinin yüksək səviyyədə olduğunu bildirib.
“Bizimlə qarşıdurmaya girməyin”, – deyə Netanyahu rəqiblərinə müraciət edib. O, İsrailin istənilən qarşıdurmada qalib gəlmək üçün kifayət qədər gücə və qətiyyətə malik olduğunu vurğulayıb.


