Cəmiyyət

I sinfə elektron qəbul başa çatdı

I sinfə elektron qəbul başa çatdı

Azərbaycanda 2026–2027-ci tədris ili üzrə uşaqların birinci sinfə elektron qəbulu prosesi yekunlaşıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı son məlumata görə, bu müddətdə 124 mindən çox uşağın məktəbə qəbulu uğurla tamamlanıb. Mayın 6-dan başlayan proses ümumilikdə minlərlə ailəni əhatə edib.

Qeydiyyatdan keçə bilməyən valideynlər üçün də şərait yaradılacaq. Müəyyən üzrlü səbəblərdən uşağını vaxtında qeydiyyatdan keçirə bilməyənlər sentyabr ayı ərzində elektron sistemdən yenidən istifadə edə biləcəklər.

Demokrat.az

D
demokrat.az