Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı heç bir müzakirə aparılmayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə bu gün keçirilən brifinqdə – Rusiya Prezidenti Vladimir Putinlə Bişkekdəki görüşünü və ondan sonrakı bəyanatları şərh edərkən bildirib.
"Bu müddət ərzində biz Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası məsələsini heç vaxt gündəmə gətirməmişik, baxmayaraq ki, onun mövcudluğunu həyati əhəmiyyətli hesab etdiyimizi də demək olmaz. Əgər Rusiya hərbi bazanı Ermənistan Respublikasından çıxarmaq qərarına gəlsə, biz buna etiraz etməyəcəyik. Bununla belə, əgər bazanın qalması ilə bağlı istək ifadə olunarsa, biz bunu da müzakirə etməyə hazırıq; yenə də qeyd edim ki, biz özümüz bu məsələni heç vaxt qaldırmamışıq", – deyə Paşinyan vurğulayıb.


