Siyasət

Ramiz Mehdiyevin kürəkəni vergi borcunu vaxtında ödəmir

Ramiz Mehdiyevin kürəkəni vergi borcunu vaxtında ödəmir

“Astoriya Tibb Mərkəzi” MMC (VÖEN – 1500545191) dövlət büdcəsinə olan vergi borcunu vaxtında ödəməyib.

Demokrat.az Yeniavaz.com-a istinadən xəbər verir ki, 3 sentyabr 2026-cı il tarixinə olan məlumata görə, “Astoriya Tibb Mərkəzi” MMC-nin vergi borcu 13 min 142 manat 40 qəpik təşkil edib.

Məlumat üçün bildirək ki, 2012-ci ildə dövlət qeydiyyatına alınan “Astoriya Tibb Mərkəzi”nin nizamnamə kapitalı 11 milyon 931 min manat təşkil edir. MMC-nin hüquqi ünvanı “Yasamal rayonu, Lamdau, ev 6”da yerləşir.

“Astoriya Tibb Mərkəzi”nin qanuni təmsilçisi Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, hazırda barəsində dövlətə xəyanət ittihamı ilə bağlı cinayət işi açılan Ramiz Mehdiyevin kürəkəni Əliyev İlham Əlisəftər oğludur.

Demokrat.az

D
demokrat.az