Xarici siyasət

BMT Günü ilə əlaqədar Qarabağ Universitetində tədbir keçiriləcək

BMT Günü ilə əlaqədar Qarabağ Universitetində tədbir keçiriləcək

Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü ilə əlaqədar Qarabağ Universitetində geniş tədbirin keçirilməsi planlaşdırılır.

Demokrat.azxəbər verir ki, bunu BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenko etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.

O həmçinin tezliklə Qarabağa səfər edəcəyini bildirib.

D.Şlapaçenko Azərbaycanın hazırda həyata keçirdiyi inkişaf proqramına BMT-nin də öz təcrübəsi ilə dəstək verməyə hazır olduğunu bildirib. Bu xüsusda Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində aparılan irimiqyaslı işlərin vacibliyinə toxunub.

Demokrat.az

D
demokrat.az