"Biz seçkidən əvvəl və seçki günü Bakı, Sumqayıt, Gəncə, Şəki, Qəbələ, Şamaxı, Qubada seçki məntəqəsində müşahidələr apardıq".
Demokrat.az xəbər verir ki, bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar mətbuat konfransında Böyük Britaniyadan olan beynəlxalq müşahidəçi Peter Duqlas Banks deyib.
O, Milli Məclisə keçirilən seçkiləri qənaət bəxş hesab edir:
"Bizim ölkə ilə Azərbaycanda keçirilən seçkilər arasında fərq var. Lakin bunu müqayisə etmək ədalətsizlik olar".
Zaur Hacılı


