Ermənistandakı Rusiyanın 102-ci hərbi bazası məsələsi Putinlə Paşinyan arasında Moskvada keçiriləcək görüşdə müzakirə olunacaq mövzular arasındadır.
Demokrat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin brifinqdə bildirib ki, əgər Ermənistan Gümrüdəki Rusiya bazasına ehtiyacı olmadığını düşünürsə, onlar oranı hətta sabah tərk etməyə hazırdırlar.
"Ermənistan buna hazırdırmı? Biz heç kimə heç nəyi məcbur etməyəcəyik. Lakin əgər Ermənistan xalqı Rusiya hərbi mövcudluğunun olmasını istəyirsə, o zaman biz qalacağıq", - deyə Rusiya prezidenti brifinqdə qeyd edib.
Putin qeyd etdi ki, Rusiya və Ermənistan Aİİ və Aİ ilə bağlı dialoqu sakit şəkildə aparmaq barədə razılığa gəliblər və buna görə də Paşinyanı Moskvaya dəvət etdi ki, onlar "əyləşib müxtəlif məqamları nəzərdən keçirə bilsinlər".
Alparslan Demokrat.az


