Xarici siyasət

ŞƏT ölkələrinin liderləri 30-a yaxın sənəd imzalayıblar

ŞƏT ölkələrinin liderləri 30-a yaxın sənəd imzalayıblar

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iştirakçı dövlətlərinin başçıları Bişkekdəki sammitin yekunları üzrə 28 sənəd imzalayıblar.

Demokrat.az xəbər verir ki, bu barədə "Report"un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir.

Liderlər ŞƏT-in 25 illiyi ilə bağlı Bişkek Bəyannaməsini; ŞƏT-ə üzv dövlətlərin beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə 2026-2028-ci illər üçün Qarşılıqlı Fəaliyyət Planını; ŞƏT-ə üzv dövlətlərin limanların və logistika mərkəzlərinin inkişafı üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planını imzalayıblar.

Bundan başqa, sammit iştirakçıları ŞƏT-ə üzv dövlətlərin Başçıları Şurasının nüvə və fiziki nüvə təhlükəsizliyi naminə çoxtərəfli tərəfdaşlığın möhkəmləndirilməsi üzrə bəyannaməsini; Lahor (Pakistan) şəhərinin 2026-2027-ci illərdə ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilməsi haqqında sənədi və bir sıra digər sənədləri imzalayıblar.

Demokrat.az

D
demokrat.az