Şou-biznes

Acun həyatındakı ağır sınaqlardan danışdı: "23 yaşımda müflis oldum"

Acun həyatındakı ağır sınaqlardan danışdı: 23 yaşımda müflis oldum

Türk iş adamı Acun Ilıcalı jurnalist Fatih Altaylının YouTube proqramına qonaq olub.

Demokrat.az xəbər verir ki, müxbirlikdən Türkiyənin ən uğurlu televiziya simalarından birinə çevrilən həyat yolundan danışan Ilıcalı karyerası boyunca verdiyi qərarların arxasında riskdən qorxmayan xarakterinin dayandığını bildirib:

"Çox ciddi risklərə gedə bilirəm. Bunun ən mühüm səbəbi ölümdən və maddi itkidən qorxmamağımdır. Mən pulu həyatımda həmişə uğura aparan yanacaq kimi görmüşəm. Zənginlər sürətlə maşın sürmür, qardaş. Məsələn, sən sürətlə maşın sürən zəngin görmüsən? Zəngin adam motosikletə də minmir. ‘Aman, bir şey olmasın, pulu tapmışam’ deyər. Məndə belə bir anlayış yoxdur. Öz baxışıma görə, zövqlərimi sonuna qədər yaşamalıyam.

Tanınmış televiziya prodüseri risk etməkdən qorxmamasının arxasında gənc yaşlarında üzləşdiyi ağır sınaqların dayandığını bildirib:

"Allah həyatımın ilk dövründə mənə ağrını yaşatdı. 25 yaşıma qədər olan həyatım o qədər dramatik idi ki, onu qorxu filminə də qoymaq olardı. Bir anda valideynsiz qaldım, boşandım, 23 yaşımda müflis oldum, pulsuz qaldım. 24 yaşımda motosiklet qəzası keçirdim. Yanımdakı dostum həyatını itirdi. Sonra Allah elə bir dövr nəsib etdi ki, iş həyatına girdiyim gündən etibarən heç bir il əvvəlkindən daha pis olmadı".

Maddi gücü həyatının mərkəzinə yerləşdirmədiyini bildirən Ilıcalı pulu yeni uğurlara nail olmaq üçün istifadə edilən vasitə hesab etdiyini deyib. Acun Ilıcalı 21 yaşında olarkən anası İlknur Ilıcalı və atası Ərgün Ilıcalını yol-nəqliyyat qəzasında itirib.

Acun Ilıcalı həyat yoldaşı Ayça Çağla Altunkayanın onun sürət həvəsi barədə nə düşündüyü sualını belə cavablandırıb:

"Çağla da dəlidir. Bir gün durdu, "yamac paraşütü ilə uçacağam" dedi. Fəthiyəyə getdi və yamac paraşütü ilə uçdu. "İnanılmaz dərəcədə zövqlüdür" dedi. Sonra Dubaya gedib paraşütlə tullandı. Buna baxmayaraq, bəzən qayıqdan qorxur. Deyirəm ki, "Sən paraşütlə atılmısan, buradan niyə qorxursan?" Deyir: "Özümü saxlaya bilmirəm". Böyük qızım Banu valideynlərimin həlak olduğu qəza zamanı orada idi. Sonra özü də avtomobillə qəza keçirdi və maşın bir neçə dəfə çevrildi. Ona görə o yanımızda olanda qayığımız kanoya çevrilir. Venesiyadakı kanolar kimi gəzirlər".

Jalə Demokrat.az

D
demokrat.az