Türkiyəli televiziya aparıcısı və iş adamı, İngiltərə Premyer Liqasında çıxış edən “Hull City” klubunun sahibi Acun Ilıcalının geyindiyi ayaqqabının qiyməti diqqət çəkib.
Demokrat.az xəbər verir ki, Acun Ilıcalı “Fatih Altaylı”nın proqramına qonaq olub. Proqram zamanı onun geyim tərzi də diqqətdən yayınmayıb.
Uzun illərdir televiziya sahəsində fəaliyyət göstərən və müxtəlif ölkələrdə layihələr həyata keçirən Ilıcalının proqramda geyindiyi idman ayaqqabısının qiymətinin 17 min 999 Türkiyə lirəsi, yəni təxminən 634 manat olduğu bildirilib.
Ayaqqabının qiyməti sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bəzi şəxslər 17 min 999 lirənin idman ayaqqabısı üçün olduqca yüksək məbləğ olduğunu düşünərkən, digərləri isə Ilıcalının maddi imkanlarını və hazırkı bazardakı qiymətləri nəzərə alaraq bu rəqəmi normal hesab edib.
Qeyd edək ki, Acun gündəlik həyatında əsasən rahat və idman üslubunda geyimlərə üstünlük verir. T-shirt, idman ayaqqabısı və rahat geyimlərdən ibarət tərzi uzun müddətdir onun imici ilə əlaqələndirilir. Bu dəfə isə onun geyimindən daha çox ayaqqabısının təxminən 634 manatlıq qiyməti müzakirə mövzusuna çevrilib.


