Bacısı Burçun Özçivitin toyunda iştirak etmədiyi xəbərləri ilə maqazin gündəminə düşən Burak Özçivit özünü və ailəsini tənqid edənlərə sərt reaksiya verib.
Demokrat.az xəbər verir ki, məşhur aktyor uzun sürən səssizliyini sosial media hesabında yaydığı açıqlama ilə pozub. Şəxsi həyatları ilə bağlı irəli sürülən iddialara etiraz edən Burak Özçivitin “Bizi və bütün ailəmizi rahat buraxın” sözləri diqqət çəkib.
Bülent və Ceyhan Özçivit cütlüyünün qızı və Burak Özçivitin yeganə bacısı Burçun Özçivit Bafralı iş adamı Hasan Sağdıçla 29 avqust 2026-cı ildə Samsunun Bafra rayonunda keçirilən dəbdəbəli toy mərasimində ailə qurub. Qardaşından fərqli olaraq şəxsi həyatını mediadan uzaq yaşamağa üstünlük verən Burçun Özçivit ikinci evliliyi ilə diqqət çəkib.
Keçmiş həyat yoldaşından ayrıldıqdan sonra şəxsi həyatını mümkün qədər gözdən uzaq yaşayan Burçun Özçivitin uzun fasilədən sonra yeni münasibətə başladığı məlum olub. Axtardığı sevgini Bafralı iş adamı Hasan Sağdıçda tapan Özçivit münasibətlərini evliliklə rəsmiləşdirmək qərarına gəlib.
29 avqust 2026-cı ildə Samsunun Bafra rayonunda keçirilən toy mərasimində nikah masasına əyləşən cütlük qısa müddətdə sosial medianın gündəminə çevrilib. Cütlüyün xoşbəxtliyi və toy mərasimindən yayılan görüntülər sosial mediada sürətlə yayılarkən, Burak Özçivitin bacısının toyunda iştirak etməməsi diqqətdən yayınmayıb.
Toyda gözlər Burak Özçivit və Fahriye Evcen cütlüyünü axtarıb. Lakin onların heç biri mərasimdə iştirak etməyib. Məşhur aktyorun bacısını bu xoş günündə niyə tək qoyduğu maraq doğurub.
Aktyorun toyda iştirak edə bilməməsinin səbəbinin davam edən çəkiliş proqramı olduğu açıqlanıb. Ekranlara “Güneşin Doğduğu Yer” serialı ilə qayıdacaq Burak Özçivitin Adanada davam edən intensiv çəkilişlər səbəbindən bacısının Samsunun Bafra rayonunda keçirilən toyuna gedə bilmədiyi bildirilib.
Burçun Özçivit isə qardaşının çox gərgin iş qrafikinə sahib olduğunu, ürəyinin onunla olduğunu və özünü videobağlantı ilə təbrik etdiyini açıqlayıb.
İş qrafikinə görə bacısının toyunda iştirak edə bilməyən Burak Özçivit sosial mediada müxtəlif tənqidlərə məruz qalıb.
Burçun Özçivitin toyunda iştirak edə bilməyən Burak Özçivitlə bacısı arasında hər hansı problem olub-olmadığı da müzakirə mövzusuna çevrilib. Aktyorun toyda iştirak etməməsinin arxasında ailə böhranının olub-olmadığı araşdırılmağa başlanıb.
Sosial mediada Burak Özçivit və ailə üzvləri ilə bağlı müxtəlif şərhlər və iddialar yayılıb.
Burak Özçivit və Fahriye Evcenin işlərini ön plana çəkərək toya qatılmaması sosial media istifadəçiləri tərəfindən əsaslı səbəb kimi qəbul edilməyib. Xüsusilə bacısının həyatındakı belə mühüm gündə Burak Özçivitin toyda olmaması bəzi istifadəçilərin etirazına səbəb olub.
Eyni zamanda qız qardaşının toyundan hər hansı foto paylaşmayan Burak Özçivitin bu davranışı da suallar yaradıb. Bir çox sosial media istifadəçisi Burak Özçivitlə yanaşı Fahriye Evcenin də toyda iştirak etməməsinə reaksiya verib.
Evcenin oğlunun qucağında yatdığı bir görüntünü sosial media hesabında paylaşması isə onun tətildə olduğu qənaətinin yaranmasına səbəb olub.
Bundan sonra sosial mediada müxtəlif tənqidlər və iddialar səsləndirilib. “Gəlinlə baldız arasında problem var?”, “Burak çəkiliş səbəbindən gedə bilmədi, bəs Fahriye niyə getmədi?” kimi suallar gündəmə gəlib.
Maqazin dünyasında və sosial mediada geniş müzakirələrə səbəb olan hadisə Özçivit ailəsinin münasibətlərinə qədər uzanıb. Şərh və iddiaların getdikcə artması nəticəsində Burak Özçivitdən sərt açıqlama gəlib.
Fahriye Evcenin və ailəsinin müzakirələrin hədəfinə çevrildiyini görən Burak Özçivit daha susmayıb. Məşhur aktyor uzun sürən səssizliyini pozaraq tənqidlərə sərt reaksiya verib.
Ailəsi haqqında müxtəlif ssenarilərin ortaya atılmasına və həyat yoldaşı Fahriye Evcenin də hədəfə çevrilməsinə etiraz edən aktyor “Instagram” hesabında belə yazıb: “Dostlar, niyə bu qədər pis oldunuz? Biz bütün ailə xoşbəxt olduğumuz halda niyə yeni evlənən bir cütlüyü bu qədər bədbəxt edirsiniz? Onlar bizim ailəmizdir, canımızdır. Kimə, niyə bu qədər hücum edirsiniz? Uydurduğunuz hekayələri, mənasız şərhlərinizi gedin öz həyatlarınıza tətbiq edin. Bizi və bütün ailəmizi rahat buraxın".


Jalə Demokrat.az


