Şou-biznes Özəl

Bu dəfə imici ilə gündəmə gəldi: Qızılı saçlarla vidalaşdı — FOTOLAR

Bu dəfə imici ilə gündəmə gəldi: Qızılı saçlarla vidalaşdı — FOTOLAR

"Survivor" macərasından sonra etdiyi dəyişikliklərlə tez-tez gündəmə gələn Nefise Karatay bu dəfə saç rəngi ilə diqqət çəkib.

Demokrat.az xəbər verir ki, yarışmadan sonra qızılı saçlara üstünlük verən Karatay yenidən imic dəyişikliyinə gedərək əvvəlki görünüşünə qayıdıb.

Survivor 2026-da böyük finala az müddət qalmış adaya vida edən Nefise Karatay yarışmadan sonra sosial media paylaşımları ilə izləyicilərinin diqqətini çəkməyə davam edir.

"Survivor"dan sonra görünüşündə dəyişiklik edən Karatay saçlarını tünd qızılı rəngə boyadaraq fərqli üslub sınamışdı. Yeni imici ilə izləyicilərinin qarşısına çıxan məşhur sima qısa müddətdə çoxsaylı bəyənmə toplamışdı.

Nefise Karatay bir müddət sonra yenidən saç rəngini dəyişib. Qızılı saçlarına vida edən Karatay qara saçları ilə yeni görünüşünü sosial media hesabında paylaşıb.

Yeni imicini izləyicilərinə göstərən Karatayın dəyişikliyi qısa müddətdə gündəmə gəlib. Bir çox izləyicisi məşhur yarışmaçının yeni tərzini bəyəndiyini bildirib.

Karatayın "Survivor" iştirakçısı Seda ilə birlikdə Amsterdamda olduğu da məlum olub. Sosial media hesabında tətil fotolarını paylaşmağa davam edən Karatay yeni görünüşü ilə də izləyicilərinin diqqətini çəkib.

Bu dəfə imici ilə gündəmə gəldi: Qızılı saçlarla vidalaşdı — FOTOLAR

Bu dəfə imici ilə gündəmə gəldi: Qızılı saçlarla vidalaşdı — FOTOLAR

Bu dəfə imici ilə gündəmə gəldi: Qızılı saçlarla vidalaşdı — FOTOLAR

Jalə Demokrat.az

D
demokrat.az