Kriminal Özəl

Gözəllik salonunda işləyən yeniyetmədən ağlasığmaz əməl — 22 yaşlı oğlanı evinə çağırıb...

Gözəllik salonunda işləyən yeniyetmədən ağlasığmaz əməl — 22 yaşlı oğlanı evinə çağırıb...

Tovuz rayonunda 22 yaşlı oğlan sevgi münasibətində olduğu qıza intim hərəkətlər etməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2004-cü il təvəllüdlü Tacir yetkinlik yaşına çatmayan həmyerlisi Laləyə (adlar şərtidir – red.) qarşı seksual hərəkətlər edib. 2025-ci ilin müxtəlif vaxtlarında iki dəfə onunla cinsi əlaqədə olub.

Tacirin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tacir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Laləni təxminən 2024-cü ilin sonlarından tanıyır:

“Şadlıq sarayında ofisiant işlədiyim vaxt Lalə də həmin şadlıq sarayı ilə eyni həyətdə yerləşən gözəllik salonunda işləyib. Elə həmin vaxtdan Laləni görərək bəyəndim, tanış olduq. Daha sonra isə öz mobil nömrəmi ona göndərdim. Bundan sonra onunla mütəmadi olaraq evlənmək məqsədi ilə əlaqə saxlamağa başladım. Hər ikimizin valideynləri bu münasibətdən xəbərdar olub. Lalənin yaşı az olduğuna görə münasibətimizin davam etdirilməsinə qarşı olublar”.

Tacir qeyd edib ki, 2025-ci ildə, günlərin birində, təxminən saat 15 radələrində Lalənin Tovuz rayonunun kəndində yerləşən yaşadığı evə gedib.

“Həmin vaxt Lalə evdə tək olub. Onun anası evdə olmayıb, işə gedib. Həmin vaxt Lalənin yaşadığı evdə onunla bir qədər söhbət etdik və sonra qərara gəldik ki, cinsi əlaqədə olaq. Həmin gün həm təbii, həm də qeyri-təbii yolla əlaqədə olduq. Bundan bir neçə gün sonra, təxminən saat 14 radələrində Lalə ilə onun yaşadığı evdə yenə əlaqədə olduq”.

Tacirin sözlərinə görə, daha sonrakı gün, təxminən saat 20 radələrində Laləyə zəng edərək evlənmək məqsədi ilə onu qaçırmaq istədiyini bildirib:

“Lalə də həmin vaxt heç bir etiraz etməyərək mənimlə haraya desəm, qaça biləcəyini bildirdi. Həmin vaxt Lalə ilə bir qədər məsləhətləşdik və sonda qərara gəldik ki, onu Şəmkir rayonunun kəndində yaşayan qohumum Südabəgilə qaçırım. Həmin gün Lalə ilə bir qədər məsləhətləşdik və növbəti gün, axşam saatlarında qaçmağı planlaşdırdıq”.

Təqsirləndirilən şəxs deyib ki, elə planlaşdırdıqları gün, təxminən saat 20 radələrində Tovuz rayonunun kəndi ərazisində yerləşən “Dondar Priyezi” adlanan ərazidə Lalə ilə görüşüb:

“Həmin vaxt taksi sifariş edərək Laləni Şəmkir rayonunun kəndində yaşayan, Lalənin uzaq qohumu olan Südabə adlı qadının evinə apardım. Oraya çatanda Lalənin qohumu Türkan nə məsələ olduğunu soruşdu. O, bizə əsəbləşdi. Mən isə ona başa saldım ki, Lalə öz könüllü istəyi əsasında mənimlə qaçıb. Həmin vaxt Südabə Laləni sorğu-sual etdi, onu öz yaşadığı evə göndərmək istədi. Lalə də həmin vaxt qohumuma məni sevdiyini və evlənmək məqsədi ilə öz könüllü razılığı əsasında qaçdığını bildirdi. Belə olan halda Südabə yaşadığı evin yataq otaqlarından birində bizə gecələmək üçün yer verdi”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin gün axşam saat 22 radələrində Südabə adlı qohumunun evində axşam yeməyi yeyib, yatmaq üçün yataq otağına gediblər:

“Həmin gün biz əlaqədə olmadan yatdıq. Ertəsi günü, saat 9 radələrində qardaşım mesaj yazaraq Lalənin ailə üzvlərinin barəmdə polisə şikayət ünvanladıqlarını və polislərin məni axtardığını bildirdi. Mən vaxt itirmədən Laləni də götürərək birlikdə Tovuz Rayon Polis Şöbəsinə gəldik. Lalə öz istəyi ilə mənimlə əlaqədə olub”.

İş üzrə zərərçəkmiş Lalə ifadəsində Tacirlə tanış olmasından, onunla sevgili olması barədə ifadə verib. O, könüllü razılığı əsasında Tacirlə əlaqədə olduğunu etiraf edib və bildirib ki, sonrakı vaxtda da evlənmək məqsədilə Tacirə qoşularaq qaçıb.

Lalə qeyd edib ki, Tacir onunla əlaqədə olduğu zaman ona qarşı hər hansı fiziki və psixoloji zor tətbiq etməyib, onunla hər zaman öz könüllü istəyi əsasında əlaqədə olub.

Tovuz Rayon Məhkəməsinin hökmü ilə Tacir 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli

D
demokrat.az