Şou-biznes Özəl

Alişan oğlunu dövlət xəstəxanasına apardı: "Dözə bilmədim, çıxdım" (FOTOLAR)

Alişan oğlunu dövlət xəstəxanasına apardı: Dözə bilmədim, çıxdım (FOTOLAR)

Türkiyəli müğənni Alişan oğlu Burakın yüksək hərarət və boğaz ağrısı səbəbilə Çeşmədə xəstəxanaya müraciət edib. Özəl xəstəxananın təcili yardım şöbəsində uzun müddət gözlədiklərini bildirən sənətçi vəziyyətə sərt reaksiya verib.

Alişanın sözlərinə görə, xəstəxanada onlara qarşılarında 8 xəstənin olduğu deyilib. Təxminən 45 dəqiqə gözləmələrinə baxmayaraq, oğlu Burakın hərarətinin belə ölçülmədiyini deyən müğənni xəstəxanadan ayrılmaq qərarına gəlib.

Daha sonra oğlunu Çeşmə Alper Çizgenakat Dövlət Xəstəxanasına aparan Alişan burada prosesin daha sürətli həyata keçirildiyini bildirib.

Sənətçi qeyd edib ki, dövlət xəstəxanasında Burakın hərarəti ölçülüb və həkim müayinəsi təxminən 10 dəqiqə ərzində tamamlanıb.

Yaşadıqlarını sosial media hesabında paylaşan Alişan dövlət xəstəxanasında göstərilən xidmətdən razı qaldığını bildirərək, “Allah dövlətimizdən də, dövlət xəstəxanalarından da razı olsun”, – deyə təşəkkürünü ifadə edib.

Alişan oğlunu dövlət xəstəxanasına apardı: Dözə bilmədim, çıxdım (FOTOLAR)
Alişan oğlunu dövlət xəstəxanasına apardı: Dözə bilmədim, çıxdım (FOTOLAR)
Alişan oğlunu dövlət xəstəxanasına apardı: Dözə bilmədim, çıxdım (FOTOLAR)

Leyla Demokrat.az

D
demokrat.az