Sosial media paylaşımları ilə tez-tez gündəmə gələn Hülya Avşar evdəki gündəlik həyatından görüntüləri izləyiciləri ilə bölüşüb.
Demokrat.az xəbər verir ki, təbii və səmimi paylaşımları ilə izləyicilərinin qarşısına çıxan məşhur sənətçi isti havanın dadını evinin bağçasında çıxarıb.
Bağçada vaxt keçirən Hülya Avşar 14 ildir yanında çalışan köməkçisi Şərifə ilə əyləncəli anlar yaşayıb. Bikini ilə bağçaya çıxan məşhur sənətçi əlinə aldığı su boru ilə köməkçisini isladıb. İkilinin gülüşləri ilə müşayiət olunan su savaşı rəngli görüntülərə səbəb olub.
Yaşadığı əyləncəli anları mobil telefon kamerası ilə lentə alan Hülya Avşar videonu sosial media hesabında paylaşıb.
Məşhur sənətçi paylaşımına “14 illik köməkçim Şərifə ilə gəldiyimiz nöqtə” qeydini əlavə edib.
Hülya Avşarın təbii davranışları və köməkçisi ilə səmimi münasibəti sosial mediada diqqət çəkib. Qısa müddətdə çoxsaylı bəyənmə toplayan paylaşıma izləyicilərdən də müsbət rəylər gəlib.
Jalə Demokrat.az


