Dünya Özəl

Türkiyə vətəndaşlığı alan Axıska türklərinin sayı açıqlanıb

Türkiyə vətəndaşlığı alan Axıska türklərinin sayı açıqlanıb

Hazırda Türkiyə Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Axıska türkü ailələrini Ukraynadan təxliyə edir.

Demokrat.az xəbər verir ki, bu ilin ərzində 170 min Axıska türkü sadələşdirilmiş prosedur vasitəsilə Türkiyə vətəndaşlığı əldə edib.

Qeyd edək ki, Anadolunu fəth edən Səlcuq döyüşçülərinin qədim panteonunun yerləşdiyi, Malazgirt yaxınlığındakı tarixi şəhər olan Ahlatda 1000 Axıska türkü ailəsinin məskunlaşdırılması planlaşdırılır.

Məlumatlara görə, artıq 661 ailə ( təxminən 2500-3000 nəfər ) Ahlatda şəhərində məskunlaşıb.

İndiyədək vətəndaşlıq alan və ya daimi oturum icazəsi ilə Türkiyədə yaşayan Axıska türklərinin ümumi sayı isə 320 mini ötüb.

Alparslan

D
demokrat.az