Cəmiyyət

4 il məzuniyyətə çıxmadan işlədiyi hoteldən təzminat almadan işdən çıxarıldı — VİDEO

4 il məzuniyyətə çıxmadan işlədiyi hoteldən təzminat almadan işdən çıxarıldı — VİDEO

Zaqatala sakini Sərcahan Ramazanova deyir ki, 2023-cü ildən paytaxtda - İçərişəhərdə yanaşı yerləşən və eyni şirkətə məxsus olan bir neçə butik hoteldə supervayzer kimi fəaliyyət göstərir.

Demokrat.az “xezerxeber.az”a istinadla xəbər verir ki, iyulun 28-də ona şifahi şəkildə işdən azad olunduğu bildirilib.

Sərcahan Ramazanovanın iddiasına görə, tabeliyində olan təmizlikçi qadına karqo ilə gül göndərildiyinə görə, müdir əsəbiləşib onu işdən çıxarıb.

Sərcahan Ramazanova iddia edir ki, 4 il məzuniyyətə çıxmadan işləyib. Lakin işdən çıxarıldığına görə ona məzuniyyət günlərinin ödənişi və təzminat verilməyəcəyi bildirilib:

Hüquqşünas Şamil Paşayev deyir ki, əgər işçi işlədiyi müddət ərzində məzuniyyət hüququndan istifadə etməyibsə və ona məzuniyyət pulu verilməyibsə, bu, qanun pozuntusudur.

Demokrat.az

D
demokrat.az