Şəki şəhərində paliqlot, xarici bloger və yerli sakin arasında baş tutan səmimi söhbət sosial şəbəkələrdə maraqla qarşılanıb.
Demokrat.az xəbər verir ki, “yuji_beleza” adlı xarici bloger Şəkidə “Lada” markalı avtomobilin sürücüsü, İlham adlı yerli sakinlə söhbət edib. Blogerin Azərbaycan dilində danışmağa çalışması və sürücünün səmimi cavabları diqqət çəkib.
Söhbət zamanı İlham 57 yaşında olduğunu və 1987-ci ildə Almaniyada hərbi xidmət keçdiyini bildirib. Blogerin “Həyatda ən vacib nədir?” sualına isə sürücü “Uşaqları boya-başa çatdırmaq və evləndirməkdir” cavabını verib.
Daha sonra bloger avtomobilə əyləşərək İlhamla birlikdə yola davam edib. Onlar səfər zamanı “Bakı balasıyam” mahnısını da səsləndiriblər.
Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.
View this post on Instagram


