Daxili siyasət

Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edildi — YENİLƏNİB

Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edildi — YENİLƏNİB

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib.

Demokrat.az xəbər verir ki, dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dəfndən əvvəl Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilib.

Xatırladaq ki, Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.

*** 11:39

Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilir.

Demokrat.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyətin təmsilçiləri, mərhumun ailə üzvləri, media nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra mərhum İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də vəfat edib.

*** Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib.

Demokrat.az

D
demokrat.az