Rusiya daxili bazarda yaranmış benzin çatışmazlığını azaltmaq məqsədilə xaricdən növbəti yanacaq partiyasını almağahazırlaşır. Bu dəfə ölkəyə ilk dəfə Türkiyədən benzin gətiriləcək.
Bu barədəS&P Global Commodities at Seaməlumat yayıb.
Məlumata görə, Türkiyənin Mersin limanında yüklənmiş orta ölçülü“Wendrix”tankeri gələn həftə Rusiyaya çatmalıdır.
Tanker təxminən200 min barel benzindaşıyır.
Bu, iyul ayından etibarən Rusiyaya dəniz yolu ilə göndərilənbeşinci benzin partiyasıolacaq. Türkiyədən həyata keçirilən bu tədarük isə ilk belə idxaldır.
Qeyd olunur ki,Mersin limanı Ukraynanın sanksiya siyahısındadır. “Wendrix” tankeri isə Avropa İttifaqı, Böyük Britaniya, Ukrayna və İsveçrənin sanksiyaları altındadır.(azpost.info)
Demokrat.az


