Şou-biznes Özəl

Murat Bozdan illər sonra futbol etirafı: “Atamın sözünə qalsaydı, futbolçu olardım”

Murat Bozdan illər sonra futbol etirafı: “Atamın sözünə qalsaydı, futbolçu olardım”

Türkiyəli müğənni Murat Boz uşaqlıq illərində futbolçu olmaq istədiyini, lakin anasının yönləndirməsi ilə musiqi sahəsinə gəldiyini açıqlayıb. Sənətçi karyerasından danışarkən Tarkan və Acun Ilıcalının həyatındakı mühüm rolunu da qeyd edib.

Murat Boz Feyyaz Uçarın YouTube proqramına qonaq olaraq uşaqlıq illərindən bu günə qədər keçdiyi karyera yolundan danışıb. Gənc yaşlarında futbola böyük maraq göstərdiyini deyən müğənni ailəsinin yönləndirməsi nəticəsində həyatının fərqli istiqamət aldığını bildirib.

“Atamın sözünə qalsaydı, futbolçu olardım”

Uşaqlıq arzusunun futbolçu olmaq olduğunu deyən Boz,“Atamın sözünə qalsaydı, futbolçu olardım. Anamın sözünə qaldı, popçu oldum”deyib.

Anasının onu musiqiyə yönləndirdiyini bildirən sənətçi incəsənət liseyinə qəbul olduqdan sonra futbol serüvəninin başa çatdığını söyləyib.

Murat Boz uzun illər futbol oynamasının dizlərinə də təsir etdiyini açıqlayıb. Həkim müayinəsindən sonra dizlərindəki qığırdaqlarda aşınma olduğunu öyrəndiyini deyən müğənni buna görə artıq əvvəlki kimi rahat futbol oynaya bilmədiyini bildirib.

“Uğursuzluqlarım məni inkişaf etdirdi”

Karyerasında yaşadığı uğursuzluqların ona böyük dərslər verdiyini deyən Murat Boz uğurları ilə heç vaxt öyünmədiyini vurğulayıb.

Sənətçi keçmişdə etdiyi səhvlərin bu gün gəldiyi nöqtədə mühüm rol oynadığını və musiqi karyerasında hələ qarşıda uzun bir yolun olduğunu bildirib.

Tarkanın solo karyerasında rolu olub

Murat Boz Tarkanla 5-6 il birlikdə çalışdığını və həmin illərin karyerasında xüsusi yer tutduğunu söyləyib.

Əvvəlcə pop ulduzu olmağı planlaşdırmadığını bildirən Boz Tarkanın konsertlərdən birində ona“Asla”mahnısını oxutmasının solo karyeraya başlamaq qərarına təsir etdiyini açıqlayıb.

“O Ses Türkiye” proqramında münsif kimi yer almasının da karyerasına böyük töhfə verdiyini deyən müğənni Acun Ilıcalıdan da söz açıb.

Boz Ilıcalının həyatındakı təsirinin böyük olduğunu vurğulayaraq“O, mənim böyük qardaşımdır”deyib.

Leyla Demokrat.az

D
demokrat.az