Şou-biznes Özəl

Ozan Güvən: "Anam yaşadıqlarımı unutmaq üçün Altsheymer oldu"

Ozan Güvən: Anam yaşadıqlarımı unutmaq üçün Altsheymer oldu

Keçmiş sevgilisi Dəniz Bulutsuzu fiziki zorakılığa məruz qoyduğu ittihamı ilə həbs cəzası alan aktyor Ozan Güvən şəxsi həyatı və anası Aynur Güvənin xəstəliyi barədə danışıb.

Demokrat.az xəbər verir ki, Güvən 2026-cı il avqustun 19-da qonaq olduğu proqramda həyatında baş verənlərdən söz açıb. O, son illərdə insanlara olan etimadının dəyişdiyini və əvvəlki şənliyini itirdiyini bildirib.

“Ömrüm boyu insanlara güvənməyi seçdim. Heç nəyə şübhə ilə yanaşmadım. İndi isə bu məsələdə bir qədər daha şübhəcil insan olmağa başlamışam. O Ozanı geridə qoydum. Bir qədər şənliyimi itirdim, amma həyat çox gözəldir”, deyə aktyor bildirib.

Anasının xəstəliyindən danışan Güvən onun Altsheymer xəstəliyinin məhkəmə prosesi ilə bağlı yaşananlardan sonra ağırlaşdığını deyib.

“Bu, mənim başıma gələn travma ona çox təsir etdi və xəstəliyi tətiklədi. Çünki bunu həzm edə bilmədi. Haqsızlığa məruz qaldığım düşüncəsi anamı çox dərindən təsirləndirdi. Bəlkə də bunu unutmaq üçün Altsheymer oldu. Təəssüf ki, məhkəmənin nəticəsini dərk edə bilmədi, xəstəliyi irəlilədi. Kaş məhkəmənin nəticəsini görə biləydi”, deyə Ozan Güvən deyib.

Güvən Dəniz Bulutsuzla bağlı zorakılıq işində “silahla qəsdən xəsarət yetirmə” maddəsi üzrə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Qərar apellyasiya instansiyası tərəfindən də təsdiqlənib.

Jalə Demokrat.az

D
demokrat.az