Hadisə

“Niva” idarəetmədən çıxıb aşdı — Sürücünün vəziyyəti ağırdır

“Niva” idarəetmədən çıxıb aşdı — Sürücünün vəziyyəti ağırdır

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Niva" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı sürücü, 2003-cü il təvəllüdlü İ.Məmmədov xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

“Niva” idarəetmədən çıxıb aşdı — Sürücünün vəziyyəti ağırdır

Demokrat.az

D
demokrat.az