Hadisə

Goranboyda yol qəzasında ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub

Goranboyda yol qəzasında ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub

Goranboyda yol qəzasında ölənlərin kimliyi məlum olub.

"VAZ-2107", "Mercedes" və daha bir minik maşınının toqquşması nəticəsində Akşin İbrahimov və Xəyyam adlı şəxs (soyadı dəqiqləşdirilir - red) ölüb.

Qəza zamanı daha bir nəfər - Araz Şükürov xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə Qızılhacılı qəsəbəsində baş verib.

Faktla bağlı araşdırma başlanılıb. (Report)

Demokrat.az

D
demokrat.az