Maraqlı

Azərbaycanda donuzların sayı azalıb

Azərbaycanda donuzların sayı azalıb

Azərbaycanda 2026-cı il üzrə donuzların ümumi sayı 3298 baş olaraq qeydə alınıb. Ötən il bu göstərici 3377 baş olub. Beləliklə, cari ildə donuzların sayı əvvəlki ilin göstəricisinin 97,7 faizini təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkə üzrə donuzların ən böyük hissəsi Şəki-Zaqatala iqtisadi rayonunun payına düşür. Burada ümumilikdə 2401 baş donuz saxlanılır. Şəki-Zaqatala iqtisadi rayonunda ən yüksək göstərici Qax rayonundadır. Rayonda 1681 baş donuz qeydə alınıb. Qəbələdə 625, Oğuzda isə 95 baş donuzun olduğu müəyyənləşib.

Digər iqtisadi rayonlarda göstəricilər daha aşağıdır. Dağlıq Şirvanda 221 baş donuz qeydə alınıb və onların hamısı İsmayıllının payına düşür. Bakı şəhərində 197, Gəncə-Daşkəsəndə 157, Şərqi Zəngəzurda 100, Qazax-Tovuzda 79, Mil-Muğanda 52, Quba-Xaçmazda 51, Qarabağda 25, Abşeron-Xızıda isə 15 baş donuz var.

Bəzi ərazilərdə ötən illə müqayisədə artım da müşahidə olunub. Gəncə-Daşkəsən iqtisadi rayonunda donuzların sayı 46 başdan 157 başa yüksəlib. Quba-Xaçmazda bu rəqəm 32-dən 51-ə, Qazax-Tovuzda 74-dən 79-a, Şərqi Zəngəzurda isə 98-dən 100-ə çatıb.

Bununla yanaşı, bir sıra ərazilərdə azalma qeydə alınıb. Bakıda donuzların sayı 460 başdan 197 başa düşüb. Şəki-Zaqatala iqtisadi rayonunda da göstərici 2427 başdan 2401 başa enib. (modern.az)

Demokrat.az

D
demokrat.az