Şou-biznes Özəl

Tarkanın özəl konsertinin qiyməti gündəm oldu: 500 min ...

Tarkanın özəl konsertinin qiyməti gündəm oldu: 500 min ...

Türkiyənin məşhur müğənnisi Tarkan avqustun 29-da Marmarisdə yalnız 400 nəfərin izləyə biləcəyi özəl konsert proqramı ilə səhnəyə çıxacaq. Meqastarı canlı dinləmək istəyənləri isə kifayət qədər yüksək qiymət gözləyir.

Tarkan Marmarisdəki lüks otellərdən birində çıxış edəcək. Konsert yalnız otel qonaqları üçün nəzərdə tutulub və tədbirə cəmi 400 nəfər qatılacaq.

İki gecəlik qalmaq şərti

Jurnalist Mehmet Üstündağın açıqlamasına görə, Tarkanın konsertini izləmək istəyənlər oteldə ən azı iki gecə qalmalıdır. Səhər yeməyi və konserti əhatə edən paketin qiyməti isə500 min TLolaraq açıqlanıb.

Bu yüksək məbləğ “Gel Konuşalım” proqramında da müzakirə olunub. Tədbirin məhdud sayda qonaq üçün təşkil edilməsinə baxmayaraq, qiymətin 500 min TL olması iştirakçıları təəccübləndirib.

“Bir avtomobil puludur”

Qiyməti eşidən Hakan Hatipoğlu təəccübünü gizlətməyib. O,“Nə? Bir avtomobil puludur...”deyərək 500 min TL-lik paketə reaksiyasını bildirib.

Leyla Demokrat.az

D
demokrat.az