Aşpaz Somer Sivrioğlu 5 il əvvəl İstanbulda fəaliyyətə başlayan "Efendy" restoranını bağlayaraq Avstraliyaya qayıtmaq qərarına gəlib.
Demokrat.az xəbər verir ki, qərar restoranın sosial media hesablarında elan edilib və İstanbuldakı son xidmət tarixinin 16 avqust olduğu bildirilib.
Paylaşımda bu qərarın bir son deyil, yeni səhifənin başlanğıcı olduğu vurğulanıb:
"2007-ci ildə Sidneydə başlayan bu hekayə minlərlə süfrəyə, dostluğa və unudulmaz anlara çevrildi. Beş il əvvəl İstanbula gətirdiyimiz "Efendy" üçün indi doğulduğu şəhər olan Sidneyə qayıtmaq vaxtıdır. 16 avqustdakı son xidmətimizlə İstanbuldakı bu bölümü tamamlayırıq. Lakin bu, son deyil; mahiyyətinə sadiq qalaraq yoluna davam edən hekayəmizin yeni addımıdır".
Beləliklə, İstanbulda 5 il fəaliyyət göstərən "Efendy" restoranı bağlanacaq, Somer Sivrioğlunun restoranı yenidən Avstraliyanın Sidney şəhərində fəaliyyətini davam etdirəcək.
Jalə Demokrat.az


