Türkiyədə yeni mövsümün ən çox gözlənilən seriallarından olan “Yeraltı”nın aktyor heyətinə daha bir tanınmış sənətçi qoşulub.
Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rejissor Murat Öztürkün quruluş verdiyi serialın ssenarisini Berna Aruz yazıb.
Çəkilişlərinə sentyabrın əvvəlində başlanması planlaşdırılan “Yeraltı” serialına usta aktyor Ekrem Tamer də dəvət alıb.
Məlumata görə, Ekrem Tamer layihədə İsmail Hacıoğlunun canlandıracağı obrazın atasına həyat verəcək.
“Medyapım” şirkətinin istehsalı olan serial “NOW” telekanalında yayımlanacaq. Layihənin əsas rollarında İsmail Hacıoğlu, Şükran Ovalı və Azra Aksu yer alır.
Ekrem Tamerin də heyətə qoşulması ilə “Yeraltı” serialının aktyor heyəti daha da güclənib. Yeni mövsümdə ekranlara gələcək layihənin tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağı gözlənilir.

Jalə Demokrat.az


