Mədəniyyət Özəl

"Ulu öndər Heydər Əliyev Ahıska türklərinin gəncləri üçün xüsusi təhsil proqramı həyata keçirib"

Ulu öndər Heydər Əliyev Ahıska türklərinin gəncləri üçün xüsusi təhsil proqramı həyata keçirib

Dünya Ahıskalı Türklər Birliyinin ümumi sədri Ziyatdin Kassanov Ahıska türklərinin sürgün zamanı yaşadığı çətinliklərdən, eləcə də Qazaxıstan, Özbəkistan və Qırğızıstan xalqlarının onlara dəstək göstərməsindən danışıb.

Demokrat.az xəbər verir ki, bu fikirləri “Ahıska Türkləri İtirilmiş Sürgünün İzində” sərgisinin açılış mərasimində Dünya Ahıskalı Türklər Birliyinin ümumi sədri Ziyatdin Kassanov səsləndirib.

Z.Kassanov bildirib ki, Ahıska türklərinin sürgünü zamanı uzun və ağır yolçuluq baş verib, çoxlu insan aclıqdan həyatını itirib.

Onun sözlərinə görə, sürgündən sonra məskunlaşdıqları Qazaxıstan, Özbəkistan və Qırğızıstanın əhalisi də həmin dövrdə ciddi çətinliklər yaşayıb. O, xüsusilə Qazaxıstanın böyük faciə ilə üzləşdiyini və ölkə əhalisinin böyük hissəsinin aclıq, susuzluq və soyuq səbəbindən həyatını itirdiyini bildirib:

“Xüsusilə Qazaxıstan böyük faciə ilə üzləşib. Ölkə əhalisinin böyük hissəsi aclıq, susuzluq və soyuq səbəbindən həyatını itirib.

Sürgündən sonra Ahıska türklərinə Qazaxıstan, Özbəkistan və Qırğızıstan xalqları tərəfindən böyük dəstək göstərilib.

Bura 3 milyon qazax bizi qəbul etdi və bizimlə hər şeyini paylaşdı. Evindən, aşından, yeməyindən, bütün imkanlarından. Elə də özbək qardaşlarımız, elə də qırğız qardaşlarımız. Hər biri bizim millətimizin onlara göstərilən yaxşılıqları sonuna qədər unutmayacaq. Ahıska türkləri həmin xalqlara minnətdarlıqlarını hər zaman ifadə edirlər. B Onlar bizim qardaş xalqlarımızdır”.

Z.Kassanov əlavə edib ki, Azərbaycan dövləti də Ahıska türklərinə dəstək göstərib:

“Azərbaycan Qarabağdan, Ermənistandan və digər bölgələrdən gələn çoxsaylı qaçqınları qəbul etdiyi dövrdə Özbəkistandan 100-150 min Ahıska türkü də ölkəyə qəbul edilib. Qaçqınlar kimi bizim Ahıskalılara da torpaq verildi, ev verildi, aş verildi, iş verildi.

Ulu öndər Heydər Əliyev Ahıska türklərinin gəncləri üçün xüsusi təhsil proqramı həyata keçirib. Həmin proqram çərçivəsində Azərbaycana gələn Ahıska türkü gəncləri çox sayda ali təhsil alıb və hazırda müxtəlif vəzifələrdə çalışırlar”, - deyə Ziyatdin Kassanov fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az