“Kurtlar Vadisi” serialı ilə tanınan aktyor Nevzat Yakışırboy Türkiyənin Aydın şəhərində yol insidenti ilə gündəmə gəlib.
Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə aktyorun motosikletlə hərəkəti zamanı baş verib. Yakışırboy ilə avtomobil sürücüsü arasında yaranan anlaşılmazlıq qısa müddətdə mübahisəyə çevrilib.
İddiaya görə, avtomobil sürücüsünün aktyora “Nə olub, artisən?” deməsi vəziyyəti daha da gərginləşdirib. Bundan sonra Yakışırboy motosikletini saxlayaraq avtomobilin yanına yaxınlaşıb.
Aktyor sürücüdən avtomobildən düşməsini tələb edib və ona qarşı sərt ifadələr işlədib. Tərəflər arasında yaşanan gərgin anlar ətrafdakılar tərəfindən lentə alınıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra qısa müddətdə geniş müzakirələrə səbəb olub.

Jalə Demokrat.az


